Nº. 1 of  9

Carpe Diem.

motherfuckers know that I will never be Orkhan again.

вот та звучание

[Flash 9 is required to listen to audio.]

Даже те, у кого стержень - гнутся как гвозди
Ветер в форточку кричит: “Решай, пока не поздно.
Сваливай отсюда, беги как зэк на волю.
Счастья нет нигде, брат. Но тут тем более”.

Özgə vaxt.

Filmin
 qəhrəmanı Leyla(Ayan Mirqasımova) uzun illər müalicəsi mümkün olmayan xəstə atasına(Ələddin Abbasov) qulluq edir. O özü keçirdiyi iztirablı həyata sevgilisini(Elşən Rüstəmov) cəlb etməmək üçün ondan ayrılır. Heç bir qulluqçu atasının şıltaqlıqlarına dözə bilmir və ona görə Leyla işdən çıxmağa məcbur olur, tədricən yaxın dostlarını da itirir… Leyla özündən asılı olmadan, yavaş-yavaş həyat tərzini dəyişərək “atasının vaxtı” ilə yaşayır.İnsan təbiəti dəyişməzdir, şüuru isə dəyişkəndir, nisbidir. Cəmiyyətdən, mühitdən asılı olan şüur mənəviyyat və əxlaqi normaları formalaşdırır. Həyatda çox vaxt insanın mənəvi dəyərləri, təbiətin qoyduğu və daimi olan əsaslarla ziddiyyət təşkil edir. Bu isə harmoniyanın pozulmasına gətirib çıxarır və faciə ilə nəticələnir. 

BBC Masterpiece Theatre tərəfindən yaradılmış Çarlz Dikkenzin eyni adlı əsəri - Böyük Ümidlər.!998ci il versiyada yalnız soundtrack`i yadda qalmışdısa.. burda əsas diqqət əsərin, tamaşanın, sevginin üzərinə düşübhttp://www.imdb.com/title/tt1949720/ youtube`da tam tapa bilmədim ama hissə-hissə baxmaq olar -http://www.youtube.com/watch?v=Pe6LRAEHkoU&feature=related  

BBC Masterpiece Theatre tərəfindən yaradılmış Çarlz Dikkenzin eyni adlı əsəri - Böyük Ümidlər.
!998ci il versiyada yalnız soundtrack`i yadda qalmışdısa..
burda əsas diqqət əsərin, tamaşanın, sevginin üzərinə düşüb
http://www.imdb.com/title/tt1949720/ 
youtube`da tam tapa bilmədim ama hissə-hissə baxmaq olar -
http://www.youtube.com/watch?v=Pe6LRAEHkoU&feature=related  

13.03.2012
11:12 PM


Xoşbəxtçiliyi birgə həyatda axtarırdım. Olmadım. Xoşbəxtçilik sən elə özün idin.
Əlimə toxunsan tanımarsan. Əllərim cızığ-cızığ, dırnaqlarım
qançır-qançır. İsti itib. Əlimə toxunsan üşüyərsən.
Peykim həm özünün həm də mənim ətrafımda fırlanırdı. Dayanmadan. Bir vaxta kimi.
Bu dəfə qəti addımlarla hovuzu dövrə vurub dadına bax. Biz kiçik
insanlar böyük ümidlərlə.
Mən Leylanı sevirəm amma bağışlaya bilmirəm.  Mən göyərçinlərə nifrət
edirəm amma hər dəfə bağışlayıram. Mən Orxanın yoxluğunu hiss edirəm.
Özgə vaxt olsaydı, mən sədaqətli olardım.
Kitabların hirsli görsənir. Sənin ətrini azdırmaq üçün otağımda onları
yandırdım. İndi sən divarlarda. Tavana qısılmışam.
Virtualda yoxsan, kölgən var. Kölgən vecsiz kimi tanınır. Özünü isə
ovcumda var güclə sıxmışam. Arzularını, xəyallarını, fikirlərini,
yuxunu, saçının günəşdə rəngini, itkilərini belə sıxmışam. Dayanmadan.
Bir vaxta kimi.
Telefondakı bir hönkürtüyə görə 320ni 0 etməyə hazır idim. Sonra isə
yenidən başdan geriyə sayardıq 365. Sabah 200.
Görəsən sondakı həqiqəti bilə-bilə başlanğıcda yazdığımı təkid
edərdinmi?! Təbrik edirəm, sifarişin qəbul olundu.
Meşə kamuflyajında birinci edirsən sonra fikirləşirsən. “Sən həmişə
özünə qarşı qərarları verirsən”. Dayanmadan. Bir vaxta kimi.
Belə ruhla yaşamaq olmaz. Belə ruhu öldürmək lazımdı. Bədəni isə
göylərə. Ruh yüksəkliyi yarat.
Gözlərin səni ifşa edir: “İnanma! Estella!”. Estella, eyni olsaqda mən
həmişə sənə ruhən aşağıdan yuxarı baxacam.

14.03.2012
06:46 AM

6

Görünür, biz qütbləri yox, qütblər bizi ayırdı.
Görünür, dünyadan üz döndərib, getməyin vaxtıdı. Kürəyimi sancan soyuq
külək isə xatirələrimizi gətirəcək. Əminəmki, hiss edəcəm.
Görünür, nəfsim nəfəsimi yavaş-yavaş daraldır. Mən həyatımdakı ən
önəmli 3 qadına olan sözümün üstündən keçib hələ də siqaret çəkirəm.
Anam, bacım, (sonradan redaktə edilib).
Görünür, uşaqlıq arzularım çox yüngüldiki, indiyənəkimi üzərimdə daşıyıram.
Görünür, hasarın o tayında tamam başqa bir həyat var. Və (sonradan
redaktə edilib).
Görünür, işıq döyüşçüsünün kitabı cırılmalıdı. Bütün savaşlar
yarımçıq. Yorğun. Uğrunda. Qaranlıq yoxdu. Axtarıram. Zəifəm.
Görünür, bütün günümüzü kinolara baxıb, mahnılarda yaşamaq üçün unuduluruq.
Görünür, əksinə öz xaltamı qırmaqla səni azad etdim.
Görünür, otağımdan uzaqlaşdıqca dəyişilirəm. İstəmirəm. İnan mənə.
Həmişəki mən həmişəlik.
Siz heç qalmadız amma daim mənimləsiz.
Görünür, hər birinizə bir blog həsr etmişəm. Bilmədən. Bilin, görünür,
sizə aid sözləri tapmaq üçün kitabları oxuyuram. Bağışlayın məni, mənə
təkliyi.
Görünür, hər gecə yarımçıq “yuxu”nu bitirmək üçün gözlərimi yumuram.
From: linkin@mail
To: chezzz@mail
Ümidini doğrultmadım. Send. (Oyan biranlıq).
Görünür 5 ay bundan qabaqki qorxularım. Tünd elə biraz və axra kimi
süzmə. Əllərim əsir.
Görünür, dünyada yeganə yerdəyəmki vaxt məni maraqlandırmır.
Görünür, dəmiryolunun əsgər yataqxanasına belə yaxın yerləşməsinin bir
anlamı var. Hər səhər 08:15’də pəncərə önündə. Nəvaxtsa mən bu qatarla
evə dönəcəm.
Görünür, yolun sonu görünmür.

Yazının ilham mənbəyi Üzeyirin 3 aznlik 105 dənə trackdən ibarət
original diski. ;)

[Flash 9 is required to listen to audio.]

я обезьянка космонавт!

sabah əsgərliyə gedirəm.
qorxuram.
bildim siz nə fikirləşirsiz =) əksinə mən sizdən daha çox təhlükəsiz biryerde olacam. az -1 illik olsam belə. mən əsgərlikdən yox əsgərlikdən qıraqda nə baş verirsə ondan qorxuram.
qorxuram dəyişikliklərdən. hər şey deyişilir.
burda ikən həmin dəyişikliklərə uyğunlanmaqda çətinlik çəkirdim.
1 ildən sonra nələr olacaq?!
görəsən anamın səsini eşidəndə bugünki vecsizlik olacaq məndə?
görəsən kitab rəfimə kimsə əl dəyməyəcək?
görəsən indiki vəziyyətim sonrakı mən`in davamı olacaq yoxsa əvvəli?
görəsən indiki tanışlar məni unutmayacaqlarmı?
görəsən onun mənə baxışları dəyişəcək?
görəsən o özü dəyişiləcək? gözləri? saçı? dodaqları? barmaqları? barmağındakı xalı? soyuqluğu?

vaxta təəccüblənirəm. sürətinə.
mən sizin üzünüzdəki qırışlaram, illər keçib və sizin yalanlarınıza dözməmişəm.
elə olurki sevdiyin dostları, yazıları, kitabları, mahnıları sevmirsən.

pəncərəyə qısılırsan və yuxarıdan insanlara, ağaclara, maşınlara, boz asfalta, insanlara, ağaclara… baxırsan və baxırsan.
mən sizin ayağınızın altındakı çatlaram, illər keçib və istiliyinizə tab gətirməmişəm.

sadəcə ritmlər fərqlənir - sənin və sevdiklərinin (öyrəşdiklərinin və ya vərdişlərinin yaxud da səni əhatə edən şəraitin) arasında. və bu ritmlərə uyğunlaşmaq lazımdı. bu isə çox çətindi. deyilişi yazılışından dəfələrlə çətin olan bir şeydi.
sənin ritminlə sevdiklərinin ritim fərqlidi. və ilk əvvəllər impulslar oxşar idisə, getdikcə amplituda artır və kimsə kompromisə girməli vəziyyətə çıxır.
təklikdən və səssizlikdən qorxmayın. istifadə edin. yeni ritmlər yaradın onları bölüşün. bölüşün ritmləriniz kəsişsin. bir anlıq olsa da, biz xoşbəxt olaq.

hələlik!

They will not force us
They will stop degrading us
They will not control us
We will be victorious
So come on

Ça commence par la fin



dostumun facebook wall`unda gördüm.(kinoya baxıb və kino onu təsir edibmiş miş miş)
əgər bu kino ona təsir edibsə və o həqiqətəndə mənə dostumdusa(65 deyilsə) onda kino mənə də təsir etməlidi =)
hums`la seansa bilet tapdıq(həm də pulsuz)
özümüzə çay süzdük və…

-… 1, 2, 3 play`i bas! =)
chat`da ona dedim və onun cavab verməsini gözləmədən kinonu tam ekrana açdım.

kinonun başlaması ilə kino bütün diqqətimi götürdü çünki soundtrack (Tom Waits - Soldier’s Things) gözəl idi. mahnının adından tutmuş mövzusu, notları, səsdəki xırıltısına qədər mənə aid olan (əsgərliyə getməyə hazırlaşdığım dövrdə) belə bir mahnı eşitməmişdim. kinoları soundtracklərdən ayırd etmək olur. mən edə bilirəm. bu kino ilə də hissim məni aldatmadı.

kino başlandı və biz birlikdə bolluca emosiyalar keçirdik eyni anda. əsas da bu idi. əgər mövzu hissiyyatımızın dərinliyinə qədər gedib hopubsa deməli kino öz məqsədinə çatıb. buna görə də mən öz adımdan rejissor və aktyor mikael koen`ə minnətdaram.

biz də oxşar hadisələri, oxşar hissləri yaşadığımız üçün bilirdimki film hums`a da təsir edəcək. mən səni orda gördüm yuxudakı kimiydin - sən mənim bədənimdə, mən isə sənin.

Treyleri də yerləşdirdim birdən bəyənsəz və boş vaxtınız olsa mütləq baxasız.

Parkour Teknikleri ve Kullanımı 

Nº. 1 of  9